“Qara dəniz və Xəzər dənizi” açıq turnirində 52 klubdan 700-ə yaxın karateçi iştirak edib

Abşeron olimpiya idman kompleksində karate üzrə “Qara dəniz və Xəzər dənizi” açıq turniri keçirilib.

Allsport.az saytı xəbər verir ki, Azərbaycan karate federasiyasının nəzdində fəaliyyət göstərən Milli karate federasiyasının klublarından olan “Azərbaycan karate təşkilatı”nın keçirdiyi yarışda AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, hakimlər komitəsinin sədri Oqtay Məmmədov, klubun rəhbəri Rənad Əliyev və digər fəxri qonaqlar iştirak ediblər.

Yarışda müxtəlif yaş kateqoriyaları üzrə 52 klubun 700-ə yaxın idmançısı iştirak iştirak edib. İştirakçı komandaların 18-i turnirə bölgələrdən qatılıb. Turnirin rəsmi açılışından sonra həlledici görüşlər baş tutub. Sonda turnirin qalibləri diplom və medallarla təltif ediliblər.

Həmin kateqoriyadan