Qara dəniz və Xəzəryanı ölkələrin karateçilərinin çempionatı harada olacaq?

Avqustun 23-25-də Türkiyənin Rizə şəhərində Qara dəniz və Xəzəryanı ölkələrdən olan karateçilər arasında növbəti çempionat keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarış uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlarda olacaq.

Çempionatda 7, 8 və 9 yaşlı idmançılar kata üzrə fərdi və komanda yarışlarında çıxış edəcəklər. On yaşdan yuxarı idmançılar isə kata və kumite üzrə həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Rəhbəri AMKF-nin prezidenti Yaşar Bəşirov olan Qara dəniz və Xəzəryanı ölkələrin karate federasiyaları təşkilatının üzv ölkələrlə birgə keçirdiyi çempionat son üç ildə iki dəfə Sumqayıtda və Bakıda təşkil olunub. Bu təşkilatın sıralarında WKF-nin üzvü olan Azərbaycanla yanaşı, region dövlətlərindən Türkiyə, Bolqarıstan, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistan Karate federasiyaları da yer alıb.

Həmin kateqoriyadan