“Qara qaplan” 1-ci, Mərkəzi karate məktəbi 2-ci, “Təhsil” komandası 3-cü oldu

Bakı idman sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyinin, ustaların 27-ci ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin, karate-do və milli karate federasiyalarının birgə təşkil etdiyi yarışda müxtəlif regionlardan 585 uşaq, yeniyetmə, gənc və böyüklər mübarizə aparıb.

18 qızıl, 14 gümüş və 15 bürünc medal qazanan “Qara qaplan” klubunun yetirmələri bu dəfə də ən yüksək nəticə göstəriblər. 16 qızıl, 10 gümüş və bir o qədər də bürünc medala sahib olan Mərkəzi karate məktəbi 2-ci, 5 qızıl, 9 gümüş və 5 bürünc mükafat qazanan “Təhsil” respublika idman məktəbinin karateçiləri isə növbəti pilləni tutublar. Yaxşı nəticə göstərən klublar arasında daxili işlər nazirliyinin “Dinamo” idman cəmiyyəti və “Arpaçay” klubunun idmançıları da ilk beşlikdə yer alıblar. 

Respublika çempionatının mükafatçıları ayrı-ayrı yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunaraq gələn il keçiriləcək yarışlarda Azərbaycanı təmsil edəcəklər.

Həmin kateqoriyadan