“Qarabağ” 1-ci olub

Hövsan olimpiya idman kompleksində karate-do federasiyaları assosiasiyasının və “Qarabağ” karate klubunun birgə təşkil etdiyi 3-cü klublararası birincilik keçirilib.

Allsport.az saytı xəbər verir ki, açılış mərasimində yarışın təşkilatçıları və sponsorları tərəfindən son yarışlarda yüksək nəticə göstərən idmançılara hədiyyələr, eyni zamanda qonaqlara fəxri fərmanlar təqdim olunub. Tədbirdə çıxış edən dünya şotokan federasiyasının idarə heyətinin üzvü Arif Məmmədov, gənclər və idman nazirliyinin Suraxanı rayon idarəsinin rəisi Amil Bağırov, “Qarabağ”ın rəhbəri İbrahim Heydərov iştirakçılara uğurlar diləyiblər.

AKFA hakimlər kollegiyasının hakimlərinin iştirakı ilə keçirilən yarışda DİN idman Cəmiyyəti, “Qarabağ”, “Günəş”, “Əlincə”, “Buta”, “Fərasət”, “Zirvə”, MKM, “Qara qaplan”, “Xırdalan”, “Yasamal”, “Budokan”, “Maştağa”, “Samuray və digər idman klublarının təmsilçiləri öz güclərini sınayıblar. Ümumilikdə 25 klub və 450 iştirakçının qatıldığı birincilikdə “Qarabağ” yüksək nəticə ilə 1-ci yeri tutub. Qalibə diplom və medallara yanaşı, kubok və hədiyyələr də təqdim olunub.

Həmin kateqoriyadan