“Qarabağ” “Rəvan”ı razı sala bildi, 2-ci turda da səfərə yollanacaq

Avropa Liqasında mübarizəni davam etdirən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, ev oyunlarının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun təmirə bağlandığını bildirib. Allsport.az xəbər verir ki, “Qarabağ” bununla əlaqədar olaraq, 2-ci turda “Rəvan”a qarşı keçirilməli olan ev görüşünün yerinin dəyişdirilməsini xahiş edib.

Yuxarıda göstərilənləri və “Rəvan” klubunun razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ” – “Rəvan” matçı ilə bağlı dəyişiklik edib. Belə ki, 2-ci tur “Rəvan” – “Qarabağ” kimi, ikinci dövrənin 10-cu turunun matçı “Qarabağ” – “Rəvan” kimi qeydə alınıb.

Qeyd edək ki, 2-ci turda reallaşacaq “Rəvan” – “Qarabağ” oyunu “Bayıl Arena”da təşkil olunacaq.

Həmin kateqoriyadan