- Baxış sayı: 29
- 17 Avqust 2026 15:45
- Baxış sayı: 604
- Avqust 12, 2026
- 0

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev UEFA konfrans liqasının 3-cü təsnifat mərhələsində “Dinamo Kiyev”lə keçirilən cavab oyunda zədələnib.
Allsport.az xəbər verir ki, tibbi müayinələr nəticəsində futbolçunun ayağının arxa əzələsində vətərin qismən yırtığı aşkarlanıb.
Cəfərquliyevin bərpa müddətinin təxminən iki həftə davam edəcəyi gözlənilir.
Müdafiəçinin müalicə və reabilitasiya prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdirilir.
Müdafiəçi konfrans liqasında pley-off mərhələsinin “Tvente” ilə səfər matçını buraxacaq. Oyun avqustun 20-də Niderlandda keçiriləcək.