- Baxış sayı: 39
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin MRT müayinəsinin nəticəsi bəlli olub.
Allsport.az xəbər verir ki, futbolçunun sağlamlığında hər hansı problem aşkarlanmayıb. Cəfərquliyev komanda ilə məşqlərini davam etdirir.
Qeyd edək ki, cinah müdafiəçisi UEFA konfrans liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə keçirilən ilk oyunda zədələnib və 75-ci dəqiqədə Bruno Lanqa ilə əvəzlənib.
“Qarabağ” həmin görüşdə 0:1 hesabı ilə məğlub olub. Komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bakıda keçiriləcək.
Elvin Cəfərquliyev bu mövsüm “Qarabağ”ın heyətində 4 oyuna çıxıb.