“Qarabağ”dan “Karpatı”ya

“Qarabağ”ın ukraynalı futbolçusu Yaroslav Deda vətəninə dönüb. Allsport.az saytı xəbər verir ki, o, premler-liqa komandası “Karpatı” ilə anlaşıb. Lvov təmsilçisi ilə onun arasında 3 illik müqavilə imzalanıb.

Futbolçu yeni klubunda gənclərdə oynayacaq və 13 nömrəli geyimdə çıxış edəcək. 2017-ci ildən “Qarabağ”ın U-19 komandasında yer alan ukraynalı hücumçu UEFA gənclər liqasında 4 görüşdə 3 qol vurub.

Həmin kateqoriyadan