“Qarabağ”dan qələbə, “Zirə” və “İnter”dən xal itkisi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Öncə meydana “İnter”lə “Zirə” çıxıb. Liderlər qrupunda qərarlaşan komandaların duelində qol vurulmayıb.

Növbəti görüş “Qəbələ” ilə “Kəpəz” arasında baş tutub. Bu görüş qonaqların 1:0 hesabıyla üstün olduğu vaxt, 30-cu dəqiqədə qatı duman səbəbindən yarıda dayandırılıb.

Son çempion və lider “Qarabağ” bu tur AzAL-la münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu 2 cavabsız qolla qalib gələrək, zirvədəki mövqeyini daha da möhkəmləndirib.

Topaz Premyer Liqası
11-ci tur

31 oktyabr (şənbə)

“İnter” – “Zirə” – 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Səlahət Ağayev (k), 3. Xuan Fransisko, 5. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 10. Elnur Abdullayev, 15. Stepan Polyak, 22. İlkin Qırtımov, 23. Dieqo Martins, 24. Fuad Bayramov, 88. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 8. Nizami Hacıyev, 9. Limam Seydi, 17. Mirsahib Abbasov, 39. Elnur Süleymanov, 77. Emilian Vila.
Baş məşqçi: Zaur Svanadze.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 7. Rihayro, 11. Viktor İqbekoyi, 33. Dieqo Souza, 8. Tərzin Cahangirov, 27. Rəşad Abdullayev (k), 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 32. Luis Alberto Diez, 17. Nicat Qurbanov, 77. Ruslan Poladov, 6. Hacı Əhmədov, 66. Eduardo Makiel, 64. Ülvi Süleymanov.
Məşqçi: Ayxan Abbasov.

“Qəbələ” – “Kəpəz” – 0:1 (Oyun güclü duman səbəbindən 30-cu dəqiqədə hakim tərəfindən dayandırılıb)
Qol: A.Sitnik, 2 (0:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 19. Aleksey Qay (k), 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov, 87. Ruslan Abışov, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 32. Fakundo Pereyra, 44. Rafael Santos, 66. Samir Zərgərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 7. Junior Osvaldo, 8. Budaq Nəsirov, 68. Rəşad Eyyubov, 10. Dario Federiko Junior, 27. Bəxtiyar Soltanov, 19. Aleksandr Sitnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 9. Murad Ağakişiyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 90. Julien Ebah, 6. Ceyhun Cavadov.
Baş məşqçi: Şahin Diniyev.

“Qarabağ” – AzAL – 2:0 (0:0)
Qollar: Ə.İsmayılov, 49 (1:0). R.Pupon, 90+2 (2:0).
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç (k), 2. Qara Qarayev, 10. Dani Kintana, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 90. Samuel Armenteros, 97. Mahir Mədətov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 5. Maksim Medvedev, 8. Migel Madera, 29. Raydell Pupon, 67. Əlhərbi Əl Jadeyui, 70. Çumbinyo, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzan Maqomedov, 14. İlqar Ələkbərov, 6. Tagim Novruzov, 21. Murad Səttarlı, 11. Ruslan Nəsirli, 22. Kamal Mirzəyev, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 50. Sənan Məmmədli, 5. Kamil Hüseynov, 15. Rüfət Musayev, 7. Tərlan Xəlilov, 19. Məhəmməd Bədəlbəyli, 28. Müşfiq Teymurov.
Baş məşqçi: Tərlan Əhmədov.

Turun digər oyunları: 2 noyabr (19:00. “Sumqayıt” – “Neftçi”, 21:00. “Rəvan” – “Xəzər Lənkəran”).

Bombardirlər:
5
– Riçard Almeyda (“Qarabağ”).
4 – Aleksey Qay (“Qəbələ”), Aleksey Antonov (“Qəbələ”), Samuel Armenteros (“Qarabağ”), Junior Osvaldo (“Kəpəz”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”).

Həmin kateqoriyadan