“Qarabağ”ın yeni stadionu “Azərsun Arena” oldu

“Qarabağ” bu gün Premyer Liqanın 6-cı turu çərçivəsində “Neftçi”ylə qarşılaşacaq. Allsport.az xəbər verir ki, Ağdam klubu əzəli rəqibini inşasını demək olar ki, başa çatdırdığı və beynəlxalq standardlara cavab verən yeni stadionunda qəbul edəcək.

Artıq bu yeni stadionun adı da məlumdur. Belə ki, klubun rəsmi saytının yaydığı məlumata görə, klub rəhbərliyi idman qurğusuna “Azərsun Arena” adını verib.

Məlum olduğu kimi, baza və stadionun inşası iri həcmli layihə olduğu üçün hansısa çatışmazlıqların olması labüddür. Məhz bu məqsədlə “Qarabağ” üçün inşa edilmiş “Azərsun Arena”nın rəsmi açılışdan öncə baza-stadionda olan çatışmazlıqlar öyrənilməsi, mümkün təkmilləşdirmə yönündə alternativləri öyrənmək üçün Azərbaycan derbisi məhz adıçəkilən stadionda keçiriləcək.

Qarşılaşmanın rəsmi açılışdan öncə bir növ sınaq xarakteri daşıyır. Ağdam klubu hər kəsi Suraxınıya, yeni inşa edilmiş stadiona – “Azərsun Arena”ya ilk matça dəvət edir. Qeyd edəki ki, qarşılaşma 19:00-da start götürəcək.

Həmin kateqoriyadan