“Qarabağ”la “Qəbələ” ilk dəfə 3 xala sevindi

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. Allsport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Son çempion “Qarabağ” səfərdə “Rəvan”la qarşılaşıb. Ağdam klubu eksperimental heyətlə çıxdığı oyundan qalib ayrılmağı bacarıb.

Bu oyunla eyni vaxtda AzAL çempionatın digər iddialı komandası “Qəbələ”ni qonaq edib. “Qəbələ” də mövsümün ikinci oyununda qələbə qazanmağa nail olub.

Topaz Premyer Liqası
2-ci tur
15 avqust

21:00. “Rəvan” – “Qarabağ” – 1:2 (0:0)
Qollar: Y.Ağakərimzadə, 67-öz qapısına (0:1). Q.Qarayev, 83 (0:2). T.Qürbətov, 87 (1:2).
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.
Bakı. “Bayıl Arena”.

Rəvan”: 32. Konstantin Maxnovski, 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 11. Şeriff Suma, 92. Yamin Ağakərimzadə, 18. Samuel Barlay, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 19. Tural Qürbətov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 14. Elvin Əliyev, 7. Elvin Həsənəliyev, 13. Cəmşid Məhərrəmov, 77. Cavad Kazımov, 25. Oruc Balaşlı.
Baş məşqçi: Emin Quliyev.
Qarabağ”: 13. İbrahim Şehiç, 4. Eltun Yaqublu, 6. Vüqar Mustafayev, 10. Dani Kintana, 19. Azər Salahlı, 22. Əfran İsmayılov, 29. Raydell Pupon, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov (k), 67. Əlhərbi Əl Jadeyui, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 7. Namiq Yusifov, 11. Elvin Məmmədov, 25. Ansi Aqolli, 77. Cavid Tağıyev, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

21:00. AzAL – “Qəbələ” – 0:2 (2-ci hissə)
Qollar: A.Qay, 46+1-pen. (0:1). A.Antonov, 76 (0:2).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.
Bakı. “Dalğa Arena”.

AzAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 28. Müşfiq Teymurov, 6. Tagim Novruzov, 7. Tərlan Xəlilov, 8. Seymur Əsədov (k), 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 9. Aydın Qasımov.
Ehtiyat oyunçular: 95. Polad Mirzəzadə, 4. Qvanzan Maqomedov, 5. Kamil Hüseynov, 19. Məhəmməd Bədəlbəyli, 15. Rüfət Musayev, 22. Kamal Mirzəyev, 20. İsmayıl İbrahimli.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 8. Məhəmməd Mirzəbəyov, 9. Sergey Zenyov, 10. Dodo (k), 11. Asif Məmmədov, 19. Aleksey Qay, 34. Ürfan Abbasov, 44. Rafael Santos, 66. Samir Zərgərov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 3. Voyislav Stankoviç, 7. Ermin Zets, 13. Murad Musayev, 17. Qismət Alıyev, 69. Aleksey Antonov, 97. Roman Hüseynov.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: 16 avqust (18:30. “Kəpəz” – “Zirə”, 21:00 “Sumqayıt” – “Xəzər Lənkəran”). 17 avqust (21:00. “İnter” – “Neftçi”)

Həmin kateqoriyadan