“Qarabağ”la “Qəbələ”dən 4 qolluq heç-heçə

Bu gün Topaz Premyer Liqasının 2015/16 mövsümünün ilk turuna yekun vurulub. Allsport.az xəbər verir ki, açılış turunun son oyun günündə iki görüş baş tutub.

Yenidən Premyer Liqaya qayıdan “Rəvan” “Bayıl Arena”da “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşün birinci hissəsində qonaqlar azlıqda qalsa da, meydan sahibləri bundan yararlana bilməyiblər və qarşılaşma qolsuz bitib.

Turun mərkəzi oyununda isə son ölkə çempionu “Qarabağ” ötən mövsümün bürünc mükafatçısı “Qəbələ”nin qonağı olub. Bu oyunda da qalib müəyyənləşməyib. Lakin Bakıdakı görüşdən fərqli, Qəbələdə qapılara düz 4 qol vurulub.

Topaz Premyer Liqası
1-ci tur
10 avqust

“Rəvan” – “Sumqayıt” – 0:0 (0:0)
Qırmızı vərəqə: A.Ramazanov, 39.
Hakimlər: İnqilab Məmmədov, Azər Əsgərov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Bakı. “Bayıl Arena”.

“Rəvan”: 32. Kostyantin Maxnovski, 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 6. Vüqar Bəybalayev, 11. Şeriff Suma, 18. Samuel Barlay, 9. Yamin Ağakərimzadə, 99. Nicat Muxtarov, 22. Məhəmməd Alıyev, 17. Ramazan Abbasov (k), 86. Fərid Quliyev.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 24. Elçin İsmayılov, 7. Elvin Həsənəliyev, 14. Elvin Əliyev, 77. Cavad Kazımov, 4. Kənan Müslümov, 25. Oruc Balaşlı.
Baş məşqçi: Emin Quliyev.
“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 39. Emin Mehdiyev, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 16. Elnur Abdulov, 20. Emil Həsənzadə, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Aqil Məmmədov.

“Qəbələ” – “Qarabağ” – 2:2 (0:1)
Qollar: S.Zenyov, 32 (1:0). R.Almeyda, 62-pen. (1:1). R.Almeyda, 83 (1:2). S.Zərgərov, 87 (2:2).
Qırmızı vərəqə: R.Sadiqov, 75.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
Qəbələ şəhər stadionu.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 9. Sergey Zenyov, 10. Dodo (k), 11. Asif Məmmədov, 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 66. Samir Zərgərov, 69. Aleksey Antonov, 17. Qismət Alıyev.
Baş məşqçi: Roman Qriqorçuk.
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 9. Reynaldo, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 29. Raydell Pupon, 55. Bədavi Hüseynov, 67. Əlhərbi Əl-Jadeyui, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Vüqar Mustafayev, 10. Dani, 11. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Turun digər oyunları: “Neftçi” – “Kəpəz” 0:0, “Zirə” – AZAL 1:0, “Xəzər Lənkəran” – “İnter” 2:0.

Həmin kateqoriyadan