“Geriyə baxsaq, daha güclü hesab olunan komandaları da kənarlaşdırmışıq”

Allsport.az xəbər verir ki, İsveç millisinin baş məşqçisinin köməkçisi Sebastyan Larsson dünya çempionatının 1/16 finalında Fransa millisinə qarşı keçiriləcək oyunla bağlı gözləntisini bölüşüb:

“Düşünürəm ki, Fransa haqqında çox danışmağa ehtiyac yoxdur. Onların heyətində çox yüksək səviyyəli bir neçə futbolçu var. Bizi çətin sınaq gözləyir, amma bu qarşılaşmanı böyük səbirsizliklə gözləyirik. Geriyə baxsaq, daha güclü hesab olunan komandaları da kənarlaşdırmışıq. İndi qarşımızda Fransa var, amma bu fakt mənə və ümid edirəm ki, futbolçularımıza da müəyyən inam verir”.

Həmin kateqoriyadan