“Qırmızı şeytanlar”ın hədəfində

“Mançester Yunayted” klubu “Tottenhem”in yarımmüdafiəçisi Pyer-Emil Hayberqi transfer etməyi düşünür.

Allsport.az saytı xəbər verir ki, 28 yaşlı danimarkalının London təmsilçisi ilə 2025-ci ilin yayına qədər müqaviləsi var, Transfermarkt onun hazırkı bazar dəyərini 45 milyon avro qiymətləndirir.

Heyberq 2020-ci ilin yayında 16,6 milyon avroya “Sauthempton”dan alınıb. “Tottenhem”in heyətində yarımmüdafiəçi 147 oyun keçirib, 10 qol vurub və 16 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan