Qış olimpiadasının iştirakçıları Pekinə müvəqqəti reyslərlə də yollana biləcəklər

Pekin-2022 qış olimpiya və paralimpiya oyunlarının idmançıları və onların məşqçiləri, digər iştirakçılar Çin və xarici aviaşirkətlərin həyata keçirəcəyi çarter və müvəqqəti xüsusi reyslərlə paytaxta yollana və geri qayıda biləcəklər.

Allsport.az saytı xəbər verir ki, Sinqapur, Paris, Tokio və Honkonq daxil olmaqla, bir neçə şəhərdən təyyarələrlə Pekinin “Paytaxt” beynəlxalq hava limanına endikdən sonra, “ağ oyunlar”a ayrılmış “qapalı zona”ya daxil olacaqlar. 

İdmançıların və heyət üzvlərinin yalnız yarış məkanlarına, məşq zallarına və oyunlarla bağlı digər yerlərə girişinə icazə verilir. Onlar müəyyən olunmuş məkanlardan kənara çıxa bilməyəcəklər.

Həmin kateqoriyadan