- Baxış sayı: 127
- 20 Sentyabr 2026 19:20
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Lüksemburqda keçirilən akrobatika üzrə Avropa çempionatında qarışıq cütlüklərdə Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətlərində qızıl medal qazanıblar.
Allsport.az xəbər verir ki, kişi duetlərin yarışmasında balans kompozisiyasında Daniel Abbasov və Murad Rəfiyev gümüş medala sahib olublar. Kişilərin qrup yarışında balans hərəkətlərində Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərov bürünc medala layiq görülüblər. Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadın qrupu templə hərəkətlərdə üçüncü olub.