Qriliş “Napoli”yə keçə bilər

“Mançester Siti”nin yarımmüdaifəçisi Cek Qriliş karyerasını İtaliyada davam etdirə bilər.

Allsport.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Napoli” maraqlanır.

Neapol təmsilçisi ingilis oyunçunun agenti ilə ilkin danışıqları aparıb. Keçidə yeganə maneə Cekin maaşıdır. O, “şəhərlilər”in heyətində həftəsinə 300 min funt sterlinq qazanır. 

Qriliş son mövsüm ərzində iştirak etdiyi 32 oyunda 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Həmin kateqoriyadan