- Baxış sayı: 43
- 23 İyun 2026 16:34
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

Parataekvondo üzrə milli komandanın fevralın 28-dən martın 11-dək Quba olimpiya idman kompleksində təlim-məşq toplanışı olacaq.
Allsport.az xəbər verir ki, növbəti beynəlxalq yarışlara hazırlıq məqsədilə təşkil olunan toplanışda 8 idmançı hazırlıq keçəcək.
Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə təşkil ediləcək təlim-məşq toplanışında kişi idmançılardan Sabir Zeynalov, Amin Əliyev, Ayxan Nuruyev, Amin Şıxalıyev, İmaməddin Xəlilov və Orxan Cəfərov, qadınlardan isə Röyalə Fətəliyeva ilə Səmayə Həsənova iştirak edəcək.