Qurban Qurbanov: İlk hissədə hər 2 komanda ehtiyatlı oyun nümayiş etdirdi

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov ölkə çempionatının 30-cu turunda “Neftçi” ilə görüşdən sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis, gözəl futbola şahidlik etdiklərini söyləyib:

“Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə temp artdı. Sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi.

Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. “Neftçi”yə uğurlar arzulayıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik”.

Həmin kateqoriyadan