Qurban Qurbanov: “Monako” ilə oyunda sərfəli nəticə qazanmağa çalışacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Fransanın “Monako” klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Bakıda baş tutacaq oyun öncəsi təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyuna hazırlaşmışıq. Rəqiblə görüşə hazırlığa vaxt az olsa da, “Monako”nu öyrənmək üçün bütün imkanımızdan istifadə etmişik. Futbolçular sabahkı oyunun məsuliyyətini bilirlər. Reynaldonun yoxluğu ön xəttdə müəyyən dəyişiklik etməyə vadar etdi. Çalışacağıq ki, evdə sərfəli nəticə qazanaq.

Matçın keçiriləcəyi stadionda meydanın indiki durumu ürəkaçandır. Bu bizi çox sevindirir. Çalışırıq meydan çox yuklənməsin, həmişə belə yaxşı səviyyədə qalsın”.

Həmin kateqoriyadan