Qurban Qurbanov: “Qələbə üçün əllərindən gələni edən futbolçularıma təşəkkür edirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Mən ilk növbədə istəkli kollektiv yaratdığına görə Yunis Hüseynovu təbrik edirəm. Hər iki komandanın azarkeşlərinə minnətdaram. Futbolçularıma təşəkkür edirəm ki, qələbə üçün əllərindən gələni etdilər. Qələbə qazanmasaydıq belə, mən oyunçulardan razılığımı bildirəcəkdim. Çünki meydançada düzgün mübarizə aparırdılar. Futbolçular dinamik komandaya qarşı süni örtüklü meydançada çıxış etdilər. Rəqib oyunun ilk dəqiqəsindən meydançanın hər qarışı uğrunda mübarizə aparırdı. Bizim qarşıda “Tottenhem”ə qarşı ağır oyunumuz gəlir. Həmin oyuna qədər kollektivi optimal vəziyyətə gətirməliyik”.

Həmin kateqoriyadan