Qurban Qurbanov: “Raydell Pupon bunu haqq edir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində AzAL-a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabı ilə bitən matçdan sonra bunları söyləyib:

“Oyun bir daha göstərdi ki, hər bir komanda çətin rəqibdir. Bütün komandalar təhlükəlidir. Odur ki, götürülən xallar böyük bir addımdır. Bütün bunları futbolçular dərk etməlidirlər və hər bir oyunda maksimum mübarizə aparmalıdırlar.

AzAL da bu gün bizə rahat futbol oynamağa imkan vermədi. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşləri təbrik edirəm. Eyni zamanda, ilk qolunu vuran Raydell Puponu təbrik etmək istərdim. İnşallah, Raydell bundan sonra da hər oyun qol vurar, amma bunun çətin olduğunu bilirik. Lakin çox çalışan Pupon bunu haqq edir”.

Həmin kateqoriyadan