- Baxış sayı: 44
- 03 Avqust 2026 23:24
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Premyer liqanın arxada qalan 20 turu ölkə çempionatlarında ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliyə səbəb olub. Allsport.az xəbər verir ki, 8 aydır davam edən cari mövsüm ilk 10-luqda yer alan 3 futbolçunun irəliləməsi ilə nəticələnib.
Rahid Əmirquliyev və Rəşad Sadiqov 2-ci yerə şərik olaraq, Azər Məmmədovu bu mövqedən sıxışdırıblar. Rəşad Sadıqov isə Elnur Abdullayevi keçməklə 9-cu olub.
Siyahıya isə Mahmud Qurbanov başçılıq edir. Onun hesabında 421 matç var. O, Sadiqovla Əmirquliyevi 29 oyun qabaqlayır.