Qusarlı qızlar ölkə çempionu oldular

Qadın otüstü hokkeyçilərin ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, həlledici turda  meydana ilk olaraq “Bakı” və “Sumqayıt” komandaları çıxıblar. Bu görüşdə paytaxt hokkeyçilərinin qalib gələcəyinə heç kim şübhə etmirdi. Həmin qarşılaşmada “Bakı” rəqibini 8:0 hesabı ilə məğlub edərək xal ehtiyatını 25-ə çatdırmaqla, çempionluğa daha da yaxınlaşdı.

Ancaq bunun üçün lider Qusar “Samur”u “Atasport-2” ilə matçda edezmalı idi. Heç-heçə isə çempionun aşkaplanması üçün əlavə “qızıl oyunun” keçirilməsi ehtiyacını yaradırdı. Lakin bütün mülahizələr özünü doğrultmadı. Qusar hokkeyçiləri birinci hissədə 2:0, yekunda 4:1 hesabı ilə qalib gələrək, xal ehtiyatını 27-yə çatdırıb və ən yaxın izləyiciləri üçün  əlçatmaz  olublar.

Komandaların mükafatlandırılma mərasimində müxtəlif nominasiyaların qalibləri də unudulmayıb:

“Ən məhsuldar oyunçu”: Günay İsmayılova (“Samur”)
“Ən yaxşı oyunçu”: Xalidə Zeynalova (“Bakı”)
“Ən yaxşı qapıçı”: Zlata Potapova  (“Bakı”)

Həmin kateqoriyadan