Qvadalaxaradan Dubaya

Millinin əsas və əvəzedici heyəti 16-18 fevralda Dubayda mötəbər karate1 premyer liqasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə yola düşüb. Allsport.az saytı xəbər verir ki, federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə vitse-prezident Rəhman Hətəmov, baş məşqçi Şahin Xudaverdiyev (kumite), baş məşçqi Vahid Ayvazov (kata), böyük məşqçi Qurban Tağıyev, beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, o cümlədən 20 idmançı var.

Komandanın əsas və əvəzedici üzvlərindən kumite yarışlarında Firdovsi Fərzəliyev, Tural Ələkbərli (hər ikisi – 60 kq), Niyazi Əliyev, Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (84kq), Şahin Atamov, Asiman Qurbanlı, Əli Cəfərov (+84kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyeva (+67 kq) mübarzə aparacaqlar.

Roman Heydərov fərdi kata üzrə Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyev isə ilk dəfə olaraq Karate1 Premyer Liqa turnirinin komanda kata yarışında çıxış edəcək. 2018-ci il mövsümünün yeddi analoji turnirindən ikincisi olan Dubay mərhələsinə 74 ölkədən 626 idmançı qatılacaq.

Həmin kateqoriyadan