Rəfael Ağayev: Qarşıdakı dünya çempionatında 6-cı qızıl medalı qazanmaq istəyirəm

“11-ci dəfə qitə çempionu oldum. Bu yüksək formanı saxlamağa davam edəcəyəm. Qarşıda dünya çempionatı gəlir. Çalışacağam ki, orda bir daha öz sözümü deyim”.

Allsport.az saytı xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyində təşkil olunan görüşdə millinin öncülü Rəfael Ağayev (75 kq) dedi. Titullu kimono ustasının sözünə görə, əsas hədəf Tokio-2020-dir:

“Xeyli sayda yüksək əyarlı medalım var. Amma hər bir idmançının arzusu 4 ildən bir keçirilən olimpiya oyunlarına düşmzk və ordada uğur qazanmaqdır. Tale indi mənə həmin fürsəti yaradıb. Hədəfim, Tokio olimpiadasında qızıl medaldır”.

Həmin kateqoriyadan