- Baxış sayı: 55
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 256
- Oktyabr 25, 2026
- 0

Lüksemburq yığmasının üzvü Lars Gerson millətlər liqasının 6-cı turunda Azərbaycana qarşı oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, 30 yaşlı müdafiəçi rəqibin son 2 matçda qol buraxmadığını vurğulayıb:
“Tamamilə öz oyunumuza köklənmişik. İmkanı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır.
Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. Planlarımızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq”.
Bu gün “Jozi Bartel” stadionunda görüş 23:45-də başlayacaq.