- Baxış sayı: 44
- 27 Avqust 2026 23:55
- Baxış sayı: 94
- Avqust 27, 2026
- 0


“Sabah”ın UEFA çempionlar liqasının liqa mərhələsində qarşılaşacağı rəqibləri bəlli olub.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Barselona” (İspaniya), “Borussiya” (Dortmund, Almaniya), “Napoli” (İtaliya) və “Slaviya” (Çex Respublikası) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu “Arsenal”, “Mançester Yunayted” (hər ikisi İngiltərə), “Vilyarreal” (İspaniya) və “Vikinq”lə (Norveç) səfərdə qarşılaşacaq.
UEFA çempionlar liqasının liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək davam edəcək.
Turnirin final matçı 2027-ci il iyunun 5-də Madriddə keçiriləcək.