Rəsmən “Barselona”da

Rəsmən “Barselona”da

“Barselona” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, İspaniya çempionu “Əl-Hilal”dan Jaou Kanselunu transfer edib.

La liqa nəhəngi portuqaliyalı futbolçu üçün təzminat ödəməyib. 32 yaşlı sağ cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Joau Kanselu ötən mövsümün ikinci yarısında icarə əsasında “Barselona”da çıxış edib. Portuqaliya millisinin üzvü bu müddət ərzində Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 23 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan