Rəvan” üçün ilk qələbə şansı

Bu gün Topaz Premyer Liqasında 8-ci tura start verilir. Allsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq. “Rəvan” doğma meydanda “Kəpəz”lə qarşılaşacaq. Bu oyunda “Kəpəz” favorit sayılır.. Sonuncu pillədə qərarlaşan Emin Quliyevin komandası ilə müqayisədə, Şahin Diniyevin çalışdırdığı kollektiv 8 xalla altıncı pillədə qərarlaşıb. “Rəvan”ın bu görüşdə 1 xal qazanması da meydan sahibləri üçün uğur sayıla bilər. Amma “aslanlar”ın bu tur ilk qələbəsini qazanması da istisna olunmur.

Topaz Premyer Liqası
8-ci tur
16 oktyabr (cümə)

20:30. “Rəvan” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov, Munis Abdullayev.
Bakı. “Bayıl Arena”.

Turun digər oyunları: 17 oktyabr (15:30. “Neftçi” – “Qəbələ”, 18:00. “Qarabağ” – “Zirə”). 18 oktyabr (18:00. “Xəzər Lənkəran” – AzAL, 20:00. “Sumqayıt” – “İnter”).

Bombardirlər:
4 – Aleksey Qay (“Qəbələ”).
3 – Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dieqo Martins (“İnter”), Riçard Almeyda (“Qarabağ”), Aleksey Antonov (“Qəbələ”).

Həmin kateqoriyadan