Rabat premyer liqasında 4 ulduz karateçimiz fəxri kürsüyə çıxıb

Mərakeş paytaxtında karate1 premyer liqası başa çatıb. Allsport.az saytı xəbər verir ki, WKF-in nüfuzlu yarışlar seriyasından olan Rabat sınağında 18 kimono ustası qatılıb. Onlardan 4-ü ümidləri doğruldub.

Rafael Ağayev (75kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İrina Zaretska (68kq) gümüş medalla kifayətlənib. Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (67 kq) b3-cü yer tutublar.

Həmin kateqoriyadan