- Baxış sayı: 121
- 26 İyul 2026 10:47
- Baxış sayı: 123
- Avqust 10, 2026
- 0

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin Rafael Ağayev (75 kq) parlaq çıxışı ilə yadda qalıb.
O, finalda Misir təmsilçisi Onar Abdel Rəhmanla qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn kimono ustamız 5-ci dəfə dünya çempionu tituluna yiyələnib.
Xatırladaq ki, 13-qat Avropa çempionumuz finala qədər Macarıstan, Niderland, Özbəkistan, Ermənistan və İran karateçilərini mübarizədən kənarlaşdırıb.