Rafael Ağayev elə ilk görüşdə uduzdu

İspaniyanın paytaxtı Madriddə karate üzrə premyer liqa start götürüb.

Allsport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə 17 idmançı təmsil edir. Yarışın ilk günündə tatami üzərinə çıxan 6 təmsilçimizdən yalnız Nuranə Əliyeva (50 kq) bürünc medal uğrunda görüşə çıxmaq hüququ qazanıb.

Komandamızın lideri Rafael Ağayev (75 kq) ilk görüşündəcə serbiyalı Lyubişa Mariçə (0:2), eləcə də digər idmançılarımız – Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi – 67 kq) və İlahə Qasımova (55 kq) məğlub olaraq mübarizəni erkən dayandırıblar.

Həmin kateqoriyadan