Rafael Ağayev Lebron Ceyms və Neymarla bir siyahıda

Tokioda keçiriləcək yay olimpiya oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb. Allsport.az xəbər verir ki, Braziliyanın “Globoesporte” nəşri olimpiadanın başlamasına 100 gün qalmış müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.

Siyahıda karateçimiz Rafael Ağayev də yer alıb. 5 dəfə dünya və 11 dəfə Avropa çempionu olan təcrübəli idmançımız karate idman növü üzrə siyahıda yer alan tək idmançı olub.

100 nəfərlik siyahıda Braziliya millisinin futbolçusu Neymar, isveçrəli tennisçi Rocer Federer, serbiyalı tennisçi Novak Cokoviç, amerikalı basketbolçular – Stefen Karri, Lebron Ceyms kimi ulduzlar da yer alıb.

Tokio olimpiadası bu il 23 iyul-8 avqusta aralığında keçiriləcək.

Həmin kateqoriyadan