Rafael Ağayev Paris karate1 premyer liqasını 2-ci yerdə başa vurub

Rafael Ağayev (75 kq) ilə uğurla başlayıb. Allsport.az saytı xəbər verir ki, Paris karate1 premyer liqasının mərhələsində çənəsi və burnundan 2 zədə alan milli komandanın lideri nüfuzlu yarışı gümüş medalla başa vurub.

Bundan başqa, o, Dünya Karate Federasiyasının ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi “Grand Winners”-in mükafatçılarından olub. Namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib. 

“Kiçik dünya çempionatı” adlandırılan bu sınaqda 82 ölkədən 776 kimono ustası qatılıb. Beynəlxalq hakim Cahangir Babayev, məsul final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərimizin növbəti rəsmi yarışı fevralın ortaları Karate1 premyer liqasının Dubay mərhələsi olacaq. 

Həmin kateqoriyadan