Rafael Ağayev və İrina Zaretska dünyanın ən yaxşıları arasında

Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) ötən mövsümün nəticələrinə əsasən, “Grand Winners” mükafatı ilə təltif olunublar.

Allsport.az xəbər verir ki, dünya karate federasiyasının ilin yekunlarına əsasən təsis etdiyi nüfuzlu mükafat hər çəki dərəcəsində ən yüksək nəticə göstərən idmançılara təqdim olunub.

İdmançılara mükafatları WKF prezidenti Antonio Espinos və karate1 premyer liqa turnirinin Paris mərhələsinin təşkilatçısı, Fransa karate federasiyasının prezidenti Fransis Didye təqdim edib.

Həmin kateqoriyadan