Rafael Ağayevin və İrina Zaretskanın olimpiya vəsiqələri ləğv edildi

Ümumdünya karate federasiyası reytinq üzrə Tokio-2020 yay olimpiya oyunlarına lisenziyaları ləğv edib. Allsport.az xəbər verir ki, buna səbəb olimpiadanın koronavirusa görə 2021-ci ilə təxirə salınması olub. 

Seçimlər gələn ildən hesablanacaq. Tokio-2020-yə 40 kimono ustası reytinqlə vəsiqə qazanmışdı. Siyahıda təmsilçilərimiz Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da yer almışdı.

Bu il keçirilməli olan Rabat premyer liqası, Bakıdakı Avropa çempionatı və Parisdəki təsnifat turniri ləğv olunub. Gələn il Rabat premyer liqası və İsveçin Göteborq şəhərində Avropa çempionatı lisenziya xarakteri daşıyacaq.

Hazırkı reytinqdə İrina Zaretska (+61 kq) 1-ci, Rafael Ağayev (75 kq) 3-cüdür. 

Həmin kateqoriyadan