Rahildən debüt oyununda qələbə

Rahil Məmmədov yeni klubunda ilk matçına çıxıb.

Allsport.az xəbər verir ki, o, LKS-in heyətində yoxlama matçında “Atırau”ya (Qazaxıstan) qarşı oynayıb.

Antalyada təlim-məşq toplanışına start verən Polşa klubu ilk yoldaşlıq görüşündə 1:0 hesablı qələbə qazanıb. Həmyerlimiz oyuna start heyətdə başlayıb. Matçda yeganə qolu 76-cı dəqiqədə Dankovski vurub.

Həmin kateqoriyadan