“Rakuv”da növbəti qol

“Rakuv”da növbəti qol

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Polşanın “Rakuv” klubunda növbəti qoluna imza atıb.

Allsport.az xəbər verir ki, komanda Polşa çempionatının 6-cı turunda “Qurnik”lə (Zabrje) qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. 

Start heyətində meydana çıxan Əmrəli 79-cu dəqiqədə komandasının yeganə qoluna imza atıb. Mahir cari mövsümdə “Rakuv”un heyətində bütün turnirlərdə 11-ci oyununda 6-cı qolunu vurub.

Polşa çempionatında keçirdiyi 5 oyunun hamısında uduzan “Rakuv” 0 xalla sonuncu yeri tutur.

Həmin kateqoriyadan