Millimizin hücumçusu: “Həbib olmasa da, onun da adam boğmağı var”

Moskva “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayev paytaxtın digər təmsilçisi “Spartak”da çıxış edən həmyerlisi Ayaz Quliyevlə görüşüb.

Allsport.az xəbər verir ki, Ramil bir zamanlar Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında birgə oynadığı Ayazla fotosunu “Instagram”da paylaşıb. O, şəkli bu başlıqla yerləşdirib: “Bu oğlan Həbibdir. Zarafat edirəm, Həbib Nurməhəmmədov deyil. Ancaq onun da adam boğmağı var”.

Ayaz Quliyevi Rusiyada UFC döyüşçüsü Həbib Nurməhəmmədova bənzədirlər.

Həmin kateqoriyadan