“Ramili Moskvada onu başqa bir uğursuzluq gözləyirdi”

Rusiyanın sportbox.ru saytı klubsuz olan futbolçuların siyahısını dərc edib. Allsport.az xəbər verir ki, siyahıda Moskva “Dinamo”sundan ayrılan millimizin üzvü Ramil Şeydayev də yer alıb:

“Zenit”in yetirməsinin karyasının daha parlaq inkişafı üçün bütün imkanları var idi. AÇ-2013-ün qalibi, AÇ-2015-in finalçısı 17 və 19 yaşlılardan ibarət komandalarda erkən debüt etdi. Ramil medianın və xarici klubların diqqətini çəkdi.

Rusiyada möhkəmlənməyi bacarmadı və “Trabzonspor”, “Jilina”, “Qarabağ”da oynadı. 2018/19 mövsümündə Rusiyaya qayıtdı. “Krılya Sovetova”da 4 qol vurdu. Daha öncə isə AFFA-nın təklifini qəbul etmişdi.

İşləri qaydasına düşdü və “Dinamo” Ramili transfer etdi. Ancaq Moskvada onu başqa bir uğursuzluq gözləyirdi. Cari mövsümdə əvvəlcə oynadı, amma sonra ehtiyat oyunçular skamyasında əyləşdi.

Yanvarın əvvəlində “Dinamo” Ramilə təzminat ödəmədən onunla müqaviləni birtərəfli ləğv etdi. Məsələ məhkəməyə qədər uzandı”.

Həmin kateqoriyadan