“Real” klubu la liqanı məhkəməyə vermək niyyətindədir

“Real” Madrid yeni yayım tələblərinə görə la liqanı məhkəməyə vermək niyyətindədir. Allsport.az saytı xəbər verir ki, bu yay la liqa azarkeşlərin oyuna girişini artırmaq üçün bir sıra yeni qaydalar təqdim edib: fasilə zamanı müsahibələr, fasilə zamanı taktiki söhbətləri dinləyən mikrofonlar, soyunub-geyinmə otaqlarında kameralar.

Liqa klubları təqdim etdikləri məzmunun keyfiyyətinə görə mükafatlandırmaq üçün 130 milyon avro ayırıb. Lakin mövsümün ilk oyununda “qalaktikos” tələblərə zidd hərəkət edib: baş məşqçi Karlo Ançelotti və futbolçular matçdan sonra media ilə ünsiyyətdə görünməyiblər. Cümə günü italiyalı mütəxəssisdən soyunub-geyinmə otağındakı kameralar barədə soruşublar. O, “məntiqli deyil, müqəddəs yerdir” deyə cavab verib.

“Real” Madrid yeniliklərə görə la liqanı məhkəməyə verəcək.

Həmin kateqoriyadan