- Baxış sayı: 6
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

İspaniya prokurorluğu “Real”ın (Madrid) müdafiəçisi Raul Asensioya qarşı qaldırılan cinayət təqibini rəsmən dayandırıb.
Allsport.az xəbər verir ki, 23 yaşlı futbolçuya yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə intim videonun yayılması ilə bağlı irəli sürülmüş ittihamlar ləğv edilib.
Bununla belə, “kral klubu”nun yetirməsi bir gün əvvəl başqa bir qanunla problemlə üzləşib. İçkili vəziyyətdə avtomobil idarə etdiyi üçün müdafiəçi 8 ay müddətinə sürücülük hüququndan məhrum edilib və pul cəriməsinə məruz qalıb.
Raul Asensio hazırda zədə səbəbindən “Real”ın heyətində meydana çıxa bilmir.