Region liqasının yeni mövsüm üçün püşkü atılıb

Bu gün AFFA-nın inzibati binasında region liqasının yeni mövsümünün püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, məşqçilər komitəsinin üzvləri Ağasəlim Mircavadovla Şahin Diniyev, kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov və uşaq-gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.

Region liqasının oyunları 5 regionu əhatə edəcək – Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası. Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:

Paytaxt və Şimal zonası

“A” qrupu
Bakı Atletik – Mübariz
Gənclik” – Qusar
Şirvanovka – Dirçəliş
Rekord (istirahət edir)

“B” qrupu
Cürət – Difai
İCBFA – Cəbrayıl
Çinar-Zəngilan – İrəvan
Lokomotiv (istirahət edir)

Şimal-Qərb və Qərb zonası
Karvan – Göygöl
VT Gəncə – Ağstafa
Qala-Şəmkir – Marxal-Şəki
Göyəzən – Şəki

Cənub zonası
Qobustan – Xəzər Lənkəran 42
Zəfər 44 – Ərkivan (Masallı)
Lerik – Neftçala

Mərkəz zonası
Ərgünəş – Ağsu Siti
Araz (Saatlı) – İsmayıllı
Ağsu-06 – Füzuli

Həmin kateqoriyadan