Rekorda imza atdı

Rekorda imza atdı

Misirli futbolçu Məhəmməd Salah Türkiyənin “Trabzonspor” klubunda rekorda imza atıb.

Allsport.az xəbər verir ki, təcrübəli hücumçu buna “Gənclərbirliyi”ni 5:0 hesabı ilə məğlub etdikləri 4-cü turun oyununda fərqlənməklə nail olub.

O, Qara dəniz təmsilçisində superliqada start heyətində meydana çıxdığı ilk üç oyunda 4 qol vuran ilk əcnəbi oyunçudur.

Xatırladaq ki, M.Salah yay transfer dönəmində “Trabzonspor”a keçib.

Həmin kateqoriyadan