Rekordçu məşqçinin yeni nailiyyəti

Uşaq, yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Kiprin Limassol şəhərində gənclərin Karate1 liqa yarışında uğurla çıxış edib. Allsport.az xəbər verir ki, yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyevin rəhbrəlik etdiyi heyət 3 qızıl, 1 gümüş və 3 bürünc medala sahib olub.

14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərova (hər ikisi kata) qızıl medala, Mehralı Məmmədov (+70 kq) gümüş, Amin Yadigarlı (-52 kq) və Aysu Əliyeva (-47 kq) isə bürünc mükafata sahib olub. 16-17 yaşlı gənclərdə isə Fərid Savadov (-55 kq) yarışın qalibi, Nicat Kərimli (-61 kq) isə bürünc mükafatçı olub. 

Aşağı yaşlı karateçilərimizi həmçinin böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyev, həmçinin kata üzrə milli komandanın böyük məşqçisi Anar Əhmədov müşayiət edib. Beynəlxalq referi Mais Mədətov isə yarışın hakimləri arasında olub.  

4-6 Iyun tarixlərində yarışda 37 ölkədən 760 idmançı iştirak edib.

Həmin kateqoriyadan