Reynaldo Gürcüstan klubuna keçir

“Qarabağ”ın sabiq hücumçusu Reynaldonun yeni klubu bəlli olmaq üzrədir. Allsport.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Gürcüstanın “Dinamo” klubunda davam etdirə bilər.

O, Batumi təmsilçisi üçün tibbi müayinədən keçəcək. Testin nəticələrindən sonra braziliyalı futbolçu ilə müqavilə imzalayıb-imzalamayacağı barədə qərar veriləcək.

Reynaldo 2013-2017-ci illərdə “Qarabağ”da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində “Aktobe”dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo “İrtış”la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrıldı.

Həmin kateqoriyadan