Robert Prosineçki: Artıq Azərbaycanda bir futbol coşqusu var

Milli komandamızın baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində uğurlu çıxış barədə danışıb. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı mütəxəssis goal.com-a bunu deyib:

“Məncə də seçmə mərhələnin sürpriz komandalarından biriyik. Heç kim bizim bu nəticələri qazanacağımıza inanmırdı. Lakin biz hər komanda ilə başabaş mübarizə aparacağımıza inanırıq.

Heyətimizdə çoxlu dəyişikliklər oldu. Atdığımız addımların doğru olduğuna inanırıq. Bu da çox vacib amildir. Biz doğrudan da çox çalışırıq. Futbolçular öz üzərlərində işləyirlər. Onları öz güclərinə inandırmaq üçün əlimizdən gələni edirik. Yaxşı oyunçular var və özümüzə güvənirik. Nəticə də göz önündədir.

Norveçlə matçda aldığımız qalibiyyət və Çex Rspublikasıda heç-heçə bizim üçün önəmli nəticələrdir. Artıq Azərbaycanda bir futbol coşqusu var. İnsanlar bizə inanırlar. Çünki əvvəllər heç vaxt belə nəticələr, uğurlar olmayıb”.

Həmin kateqoriyadan