“Roma”dan 25 milyonluq transfer

“Roma”dan 25 milyonluq transfer

“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi “Portu”dan Rodriqo Moranı transfer edib.

19 yaşlı yarımmüdafiəçinin keçidinin detalları açıqlanmayıb.

İtaliya təmsilçisi portuqaliyalı futbolçu üçün 25 milyon avro ödəyəcək.

Mora 2024-cü ildən “Portu”nun əsas komandasında çıxış edirdi. O, 51 oyunda 11 qola imza atıb.

Yarımmüdafiəçi Portuqaliyanın U-21 yığmasının da üzvüdür.

Həmin kateqoriyadan