Roman Qriqorçuk: “Bu gün ötən oyunlardan heç bir fərq olmadı”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu. Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.

Həmin kateqoriyadan